Şəhid leytenantın ailəsi ziyarət olundu

Bu gün 07 noyabr 2022-ci il tarixində Milli Məclisin deputatı Səbinə Xasayeva Zəfər Günü ərəfəsində Yasamalda şəhid leytenant Ravil Mübariz oğlu Hümbətovun ailə üzvlərini ziyarət edərək onların problem və qayğıları ilə maraqlanıb, ailəyə bayram sovqatı təqdim edib.

Şəhidin anası göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Ravil Mübariz oğlu Hümbətov 10 yanvar 1987-ci ildə Cəbrayıl rayonunun Yarəhmədli kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Ailəli idi, 2 (iki) qızı yadigar qalıb.

Leytenant Ravil Hümbətov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub.