Sərnişin avtobusu yandı

Bakıdan Mingəçevirə hərəkət edən sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb. Hadisə axşam saatlarında Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olub-olmadığı dəqiqləşdirilir.

Qeyd edək ki, avtobus bu gün saat 16:00-da Bakıdan Mingəçevirə yola düşüb (apa). Fövqəladə Hallar Nazirliyindən isə Modern.az-a bildirilib ki, Yevlax rayonunun Yuxarı Qarxun kəndində "Mercedes" markalı sərnişin avtobusunun mühərriki və salon hissəsi yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.