"Siyasi partiyanı siyasi dərnəyə çevirmək təşəbbüsləri çoxdur" - Deputat

“Siyasi partiyanı siyasi dərnəyə çevirmək təşəbbüsləri çoxdur. Azərbaycanda bir-birinin ardınca belə dərnəklər yaranırdı”. 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib. 

“Məsələn, partiya var, amma üzvü yoxdur. Yaxud, partiyanın sədri var, əslində təşkilat yoxdur. Ona görə də bu sahədə qanunun qəbuluna müsbət yanaşmaq lazımdır”, - deyə deputat qeyd edib.