Şoyquya sui-qəsd cəhdi oldu - VİDEO

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya sui-qəsd cəhdi olub.

Sabahinfo.az xəbər verir ki, Rusiya kəşfiyyatı sui-qəsdin Moskvadakı Troekurovskoye qəbiristanlığında, Şoyqunun qohumlarının məzarlarının yaxınlığında planlaşdırıldığını bildirib. Belə ki, əldəqayırma partlayıcı qurğu Şoyqunun anası Aleksandra Şoyqunun məzarının yanında güldanda gizlədilibmiş. Şoyqu məzarlığı ziyarət etdikdə vəziyyəti izləmək və detonatoru işə salmaq üçün yaxınlıqda kamera da quraşdırılıb.

FTX üç şübhəli şəxs - narkotik asılılığı olan 1 rus qadın və kişi, Kiyevdə qətl ittihamı ilə axtarışda olan Orta Asiya ölkəsindən olan qanunsuz miqrantı saxlayıb. 

Kəşfiyyat agentliyi, həmçinin, Rusiyanın digər bölgələrində də oxşar terror hücumlarının planlaşdırıldığı barədə xəbərdarlıq edib və vəziyyəti hökumət rəsmilərinə qarşı hücum cəhdlərinin bir hissəsi adlandırıb.