Spiker Almaniya və Çexiya səfərlərindən DANIŞDI

"Almaniya səfəri çərçivəsində qəbulda etdiyim çıxışda Azərbaycanın çoxəsrlilik taririxi ilə qazandığı naliyyətlər barədə məlumat verdim".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında sədr Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Çex Respublikasına rəsmi səfər zamanı rəsmilərlə görüşləri olub: “İkitərəfli və çoxtərəfli amillərdən biri kimi parlament əməkdaşlığının vacibliyi qeyd edildi. Həm Almaniya, həm də Çexiyada keçirilən bütün görüşlərimizdə Cənubi Qafqazda baş verənlər barədə, Ermənistanın sözünü tutmaması haqqında məlumat verildi. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinə maneəçilik törətdiyi də vurğulandı”.

Spiker qeyd edib ki, Azərbaycan sülhün bərqərar olmasını istəyir və bunun üçün heç bir maneəçilik yoxdur: “Hesab edirəm ki, Almaniya və Çexiyaya səfər uğurlu keçdi"./bakivaxtı.az