Sumqayıtda 19 yaşlı gənc QƏTL TÖRƏTDİ

Dekabrın 12-də saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevin bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Sabahinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalar davam etdirilir.