Taxıl probleminin həlli üçün son 20 gün

Rusiya Ukrayna müharibəsi bir sıra aspektlərdən xüsusilə taxıl məsələsi baxımından dünyanın diqqət mərkəzindədir. Ancaq məsələ belə görünür ki, münaqişə uzandıqca taxıl problemi ciddi problem yaradacaq. Sabahinfo.az xəbər verir ki, artıq bu istiqamətdə müəyyən danısıqlar aparılır. Xatırladaq ki, bir müddət öncə Ukraynadan Türkiyəyə taxıl ixracı başlayıb. Əldə olan razılaşmanın bitməsinə isə 20 gün qalıb. Görünən odur ki, son 20 gündə bu istiqamətdə razılaşma əldə olunmasa Türkiyə eləcə də Avropa taxıl problemindən ciddi əziyyət çəkəcək.

Ədil Ədilzadə

Sabahinfo.az