TƏBİB-dən Ağciyər Xəstəlikləri İnstitutunda çəkilən görüntülərə reaksiya - VİDEO

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığılması ilə bağlı iddialar əks olunub.

Sabahinfo.az Trend-ə istinadən xəbər verir ki, bu gün bu barədə sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyd edilir.

Yayılan videogörüntüdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir.

Məsələ ilə bağlı TƏBİB bildirib ki yayılan görüntülərlə bağlı hazırda araşdırma aparılır.

"Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək",- deyə bildirilib.