Tələbələrə "Müasir dövrdə milli ideyanın yeni hədəfləri"ndən danışıldı

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi 18 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı, Bakı şəhər Nizami rayon YAP təşkilatının rəhbərliyinin və Bakı Texniki Kollecinin təşkilatı dəstəyi ilə kollecin akt zalında "Müasir dövrdə milli ideyanın yeni hədəfləri" mövzusunda tədbir keçirib.

Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbələri, həmçinin Nuzami rayon YAP təşkilatının gənc fəalları iştirak edib.

Tədbiri giriş sözü ilə Bakl Texniki Kollecin direktor müavini Mələk xanım Nağıyeva açmışdır. O tədbirin əlamətdar bir dövrdə, 2025-ci ilin Respublika Prezidenti İ.Əliyev tərəfindən “Konstitutsuya və Suverenlik lil” elan etdiyi bir zamanda, keçirilməsini və mövzunun da aktual bir məsələyə toxunmasını xüsusi vurğulamış və sözü məruzəçi professor Rəna Mirzəzadəyə verib.

Məruzəçi “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda çıxış edib.

O bildirib ki, milli ideya Azərbaycan dövlətinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması, dünya birliyində mövqeyinin güclənməsi və xalqımızın milli kimliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır: "Ölkə əhalisinin müstəqil dövlətçilik və vətənpərvərlik amalları ətrafında sıx birləşməsində milli ideya mühüm rol oynayır. Bu ideyanın qarşısında müxtəlif hədəflər dayanır ki, onların sırasında ideoloji təhlükəsizliyin təmin olunması xüsusi önəm kəsb edir".

Mövzu aktuallığı ilə əlaqədar maraqla qarşılanmış və mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılmışdır.

Yekunda BTK-nın direktor müavini Mələk Nağıyeva maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirmişdir. Cavab olaraq professor Rəna xanım Mirzəzadə YAP Nizami rayon Təşkilatının, BTK-in rəhbərliyinə tədbirin keçirilməsinə şərait yaratdıqları üçün öz təşəkkürünü bildirib.