Turistlərin nəzərinə!

Son zamanlar dolların kursunun manata nisbətən artması Avropa oyunları zamanı paytaxtımıza gəlmək istəyən turistlərin tur paketlərində qiymətlərə necə təsir göstərəcək?
Bununla əlaqədar olaraq Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov açıqlama  verib. Bildirib ki, Avropa Oyunları iştirakçılarının harada yerləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Milli Olimpiya komitəsi və Gənclər və İdman Nazirliyi məşğul olur: "İştirakçıların, məşqçilərin yerləşdirilməsi üçün qərargah yaradılıb, müvafiq otellərlə müqavilələr bağlanılıb. Paytaxtımızda yerləşən otellər artıq qabaqcadan müqavilə əsasında bronlaşdırılıb. Əlavə xidmətlərdə isə elə də böyük qiymət fərqi olmayacaq. Bir sözlə ölkəmizə gəlmək istəyən turistlərlə bağlı heç bir problem yoxdur. Otellərdəki qiymətlərə nəzər salsaq isə qonaqlara əvvəlki qiymətlər təqdim olunur. Əgər qiymətlərlə bağlı otellərdə monitorinqlər keçirsək görərik ki, qiymətlər stabildir. Ancaq onu da deyim ki, xarici ölkələrə getmək istəyənlər üçün müəyyən qiymət artımları ola bilər”.