Ucarda qadını boğaraq ÖLDÜRDÜLƏR

Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.