Universitetlər Sumqayıta köçürülsün – Deputatdan təklif

Bakının yükünü boşaltmaq üçün paytaxtdakı universitetlər kənara köçürülməlidir.

Sabahinfo.az xəbər verir ki, belə bir təkliflə parlamentdə büdcə müzakirələri zamanı deputat Emin Hacıyev çıxış edib.

Onun sözlərinə görə, paytaxtın yükünü azatlmaq üçün universitetlərin bir qismini Sumqayıt şəhərinə köçürmək olar. 

“Bu yolla həm paytaxtda yüngüllük yaranar, həm də Sumqayıtda yeni iş yerləri açılar. Şəhər inkişaf edər, həm də Sumqayıt bir elm mərkəzinə çevrilər”, - o qeyd edib.