Uzun illər sonra Şuşada yamac paraşütündən ilk uçuş - VİDEO

Şuşada son 30 ildə ilk dəfə yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov “Twitter” hesabında məlumat yayıb.

Bildirilib ki, “2022-ci il Şuşa İli” çərçivəsində baş tutan uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən (Teleqüllə ərazisi) 1 400 metr hündürlükdən yerinə yetirilib.