“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi vətən müharibəsi iştirakçılarına hüquqi yardımla bağlı layihəni uğurla davam etdirir

Layihə çərçivəsində Qarabağ müharibəsi əlillərinə, onların ailə üzvlərinə, şəhid ailələrinə və digər aztəminatlı şəxslərə pulsuz hüquqi yardım xidməti göstərilmişdir. Belə ki, layihə müddəti ərzində 45-dən çox şəxsə hüquqi yardım göstərilmiş, onlardan 32 nəfər şəxsə iddia ərizəsi, apellyasiya şikayəti və müvafiq dövlət orqanlarına müraciətlər hazırlanmış, 16-dan çox şəxsə isə WhatsApp, Facebook və İnstagram sosial şəbəkələr vasitəsilə hüquqi yardımlar göstərilmişdir. Hazırda layihə davam edir. Layihə müddəti ərzində müraciət edən şəxslərin əksəriyyətinin Qarabağ müharibəsi əlilləri və əsasən aztəminatlı şəxslər olduğu üçün müraciətlərin mövzusu işlə təmin olunma, mənzil ilə təmin olunma, müharibə veteranı adının verilməsi, aliment məbləğinin artırılması, alimentin ödənilməsinin üsulunun dəyişdirilməsi və digər məsələlər olmuşdur.   

Layihə müddətində ödənişsiz hüquqi yardıma ehtiyacı olan şəxslər layihədən yararlanmaq üçün birbaşa layihənin hüquqşünası, vəkil Araz Nurməmmədov ((055) 858-55-59) ilə əlaqə saxlaya bilərlər.

İşimizlə qürur duyuruq.