Xalq artisti: "Qarabağ alınsın, sonra öləcəm"

"Mənim əsas arzum Qarabağın azad olunmasıdır. Allah o günü mənə qismət etsin. Yalnız bundan sonra ölə bilərəm”.  Bu sözləri xalq artisti Nuriyyə Əhmədova deyib. Hazırda müalicəsinin davam etdirildiyini deyən Nuriyyə Əhmədova bildirib ki, havaların kəskin dəyişməsi onun səhhətində problem yaradıb: "Dünəndən etibarən özümü pis hiss edirəm. Havalar dəyişən kimi vəziyyətim ağırlaşır”.  
Xatırladaq ki, Nuriyyə Əhmədovanın səhhətində oğlunun ölümündən sonra problemlər yaranıb. O, dəfələrlə ağır şəkildə xəstəxanaya yerləşdirilib.