Xankəndidə silah-sursat tapıldı

Fevralın 6-da və 7-də Xankəndidə 3 silah götürülüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bundan başqa, 3 ədəd qumbara, 1 ədəd alışdırıcı, 39 ədəd patron darağı, 1576 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.