Xankəndidə silah-sursat tapılıb

Xankəndi şəhərində silah-sursat tapılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 13-14 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd qumbara, 1 ədəd avtomat silahı, 1 tapança, 2 tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.