Xankəndidə yaradılacaq Qarabağ Universitetinin binasından görüntülər - VİDEO

Xankəndi şəhərində yaradılacaq Qarabağ Universitetinin binasından görüntülər yayımlanıb.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) reportaj hazırlayıb.

Xankəndi şəhərində çəkilən görüntülərdə Qarabağda işğaldan öncəki təhsil ənənələri, tarixi məqamlar haqqında məlumat verilib.

Reportajda, həmçinin Qarabağ Universitetinin yaradılacağı binadan görüntülər də yer alıb. Qeyd edilib ki, təhsil olacağı 1969-cu ildə Azərbaycan Pedaqoji Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1973-cü ildə isə müstəqil təhsil müəssisəsinə çevrilib.

1991-ci ildə isə Xankəndi işğal olunduqdan sonra universitet separatçı rejimin nəzarətinə keçmişdi. İndi Qarabağ Universiteti azərbaycanlı müəllim və tələbələri qarşılamağa hazırdır.

AzTV-nin lentə aldığı görüntüləri təqdim edirik: