Xırmandalıda qəbul

25 İyun 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalının Biləsuvar rayonu Xırmandalı kəndi, Müşfiq Abbasov adına 2 saylı tam orta məktəbdə vətəndaşlarla növbəti görüşü keçirildi.

Öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət Vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi. 

Ardınca, Millət Vəkili Günay Ağamalı vətəndaşların səsləndirdiyi müraciətlər və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini və qanunvericiliyin tələblərini diqqətə çatdırdı.

Daha sonra, Millət Vəkili Günay Ağamalı Xırmandalı kənd sakini, həyatını itirmiş əsgər Həsənli Rasim Raməddin oğlunun ailəsini ziyarət etdi.