Xocavənddə 3 tondan artıq narkotik bitki məhv edildi

Xocavənddə narkotik bitkilər məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Xocavənd kəndi ərazisində yabanı halda bitən, çəkisi 3 ton 200 kiloqram olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.