Yalçın Rzazədənin harada dəfn olunacağı bilinmir

Ötən gün dünyasını dəyişən Xalq artisti Yalçın Rzazədənin harada dəfn olunacağı dəqiq bilinmir.

Bu barədə Azvision.az -a açıqlamasında sənətkarın oğlu Orxan Rzazadə deyib.

"Dəfn mərasiminin harada olacağı dəqiqləşməyib. Ola bilsin, cənazəni Lənkərana apardıq", - deyə Xalq artistinin oğlu söyləyib.

Qeyd edək ki, Yalçın Rzazədə uzun sürən xəstəlikdən sonra ötən gün haqq dünyasına qovuşub.