“YAP 30 il ərzində Azərbaycan gənclərinin gələcəyə hazırlanmasında çox əhəmiyyətli rol oynayıb”

“Hazırda Yeni Azərbaycan Partiyası (YAP) hakim partiya olaraq öz aktuallığını qoruyur və siyasətini adekvat olaraq qurur”. Bu sözləri Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova "sabahinfo.az"a bildirib.

Səadət Məhərrəmova dövlətin siyasi prioritetlərinin və beynəlxalq əməkdaşlıq vektorunun milli maraqlar əsasında müəyyən olunduğunu bildirb: “Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Bu gün Heydər Əliyev Mərkəzində YAP- yaradılmasının 30 illiyi münasibətilə keçirlən tədbirdə müxtəlif ölkələrin nüfuzlu partira rəhbərləri iştirak edirdi. Bu özü də YAP-ın beynəlxalq müstəvidə gücünün və nüfuzunun göstəricidir”.

Səadət Məhərrəmova YAP-ın öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırıldığını vurğulayıb: “Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir.

Azərbaycan əhalisinin strukturunda gənclər xüsusi yer tutur. Bunun da bir çox üstünlükləri var. Bu üstünlükərdən biri də odur ki, Azərbaycanda bu gün mövcud olan ağıllı gənclər YAP-da təmsil olunurlar. Ümumiyyətlə, YAP-da gənclərin fəallığı çox müsbət amildir. Sevindiri haldır ki, bu gün sürətlə inkişaf edən Azərbaycanda belə fəal gənclərlə bünövrə yaradılır. YAP bu gənclər üçün həm də tranplin, məktəbdir. Bu 30 ildə YAP Azərbaycan gənclərinin gələcəyə hazırlanmasında çox əhəmiyyətli rol oynayıb”.
 

Sabahihfo.az