YAP-ın qurultayı bu tarixdə olacaq

YAP-ın qurultayının nə zaman keçiriləcəyinə aydınlıq gətirilib.

“Siyasi partiyalar haqqında” yeni qanunla əlaqədar Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsinə zərurət yoxdur.

Adalet.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

T.Budaqov qeyd edib ki, YAP-ın nizamnaməsi və proqramı yeni qanunvericiliyə də uyğundur.

“Seçkilərdən öncə Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək”, - deyə o əlavə edib.