Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri paytaxtdakı “Ana harayı” Xocalı soyqırımı abidəsini ziyarət edib.
Ziyarətdə Yasamal rayonunu təmsil edən idarə, təşkilat və ayrı-ayrı qurum və müəssisələrinin minlərlə əməkdaşı iştirak edib.
Yasamal rayon ictimaiyyətnin nümayəndələri soyqırım abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.