“YAŞAT”a toplanan vəsait 86 milyon manatı ötdü

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 86 milyon manatı ötüb.

Sabahinfo.az xəbər verir ki, Fonda toplanan vəsait 86 005 131.93 manatdır. Daxil olan vəsaitin 77 848 961.72 manatı xərclənib. Vəsaitin qalığı isə 8 156 170.21 manatdır.