Zəfər Günü münasibəti ilə şəhid ailələri ziyarət olunur

Hacıqabul rayonunda “8 noyabr - Zəfər Günü” ərəfəsində şəhid ailələrinin ziyarəti davam edir. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun, aparatın məsul işçilərinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan rayonun Rəncbər kənd sakini şəhid Zeynalov Fikrət Hikmət oğlu və Qubalıbalaoğlan kənd sakinləri, Bağırov Süleyman Kamil oğlu, Alışov Samir Cəlil oğlu, Tağıyev Röyal Tağı oğlunun ailələri Vətən müharibəsinin ikinci ildönümü - “8 noyabr - Zəfər Günü” münasibətilə ziyarət edlib.