Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs tutulub

Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

DİN-dən Sabahinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.