“ABŞ ilə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik” - İlham Əliyev

“Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ ilə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik”.

Sabahinfo.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Cozef Baydenə ünvanladığı təbrik məktubunda yer alıb.

“Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - məktubun mətnində qeyd olunur.