Ağsuda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Ağsu şəhərində ziyalılar və ağsaqqallarla görüş keçirilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, YAP İdarə Heyətinin üzvü Amin İsmayılov, təşviqat qrupunun üzvü Camaləddin Zeynalov çıxış ediblər.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ötən 20 il ərzində ölkənin inkişafı naminə həyata keçirdiyi siyasətin uğurları barədə danışılıb. Çıxış edənlər bildiriblər ki, növbəti prezident seçkiləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davam etməsini təmin edəcək və bizim gələcək nailiyyətlərimizi şərtləndirəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması müasir tariximizin yeni dövrü hesab edilir. Yeni dövrün də qarşıya qoyduğu mühüm hədəflər var. Bu hədəflərə yalnız qalib xalqın lideri İlham Əliyevin sayəsində çatmaq mümkündür.

Çıxış edən seçicilər tarixi qələbəmizin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bildiriblər.