"Analar baş tacımız" adlı tədbir keçiriləcək

zərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə şəhid analarına həsr olunmuş "Analar baş tacımız" layihəsi çərçivəsində 1-2 iyun 2024-cü il tarixlərində Quba rayonunun "Şah Quba" istirahət mərkəzində şəhid analarının istirahəti təşkil olunacaq və şəhidlərimizin xatirəsinə tədbir keçiriləcək.