Avropa İttifaqının dörd ölkəsinin prezidenti Kiyevə gedir

Avropa İttifaqının dörd ölkəsinin prezidenti bu gün Ukraynanın paytaxtına səfər edəcək.

Polşa Prezidenti Andjey Dudanın ofisindən bildirilib ki, Litvanın başçısı Gitanas Nauseda, Latviya Prezidenti Egils Levits və Estoniya lideri Alar Karis onunla birlikdə Kiyevə gedir.

Bildirilir ki, Kiyevdə bu dövlətlərin başçıları Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəklər.

“Son səfərimdən sonra Rusiya ilə müharibədən çox əziyyət çəkən Kiyevə gedən yolda”, - deyə Estoniya Prezidenti səfərini şərh edib.

“Güclü siyasi dəstək mesajı və hərbi yardımla Kiyevə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz qalib gələnə qədər!” - deyə Litva lideri yazıb.

Xatırladaq ki, müharibə başlayandan bəri bir sıra xarici liderlər və siyasətçilər artıq Ukraynanın paytaxtına səfər ediblər, bir çox səfirliklər Kiyevdə öz işini bərpa ediblər. Ən əlamətdar səfərlərdən biri də Böyük Britaniyanın Baş naziri Boris Consonun səfəri olub.

Bütün səfərlər dəmiryolu ilə həyata keçirilir.