Bakı sakinini Xaçmazda döyüb, ağaca bağlayaraq yandırdılar

Xaçmaz rayonunda döyülmə hadisəsi olub.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Susay kəndində qeydə alınıb.

Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gedən 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Z.Abdullayev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.