Oktyabrın 15-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində tanınmış tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlunun “Qəhrəman Şəhidlərimiz” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə müəllif Qarabağ müharibəsində həlak olan könüllü şəhidlər və müharibədə baş vermiş ayrı-ayrı döyüşlər haqqında geniş məruzə ilə çıxış etmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəsi Əlixan Əliyev, Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, tanınmış jurnalist, publisist Pünhan Şükür, “Sabahinfo.az” xəbər portalının baş redaktor müavini Elnarə Həziyeva, şəhid ailələri üzvləri kitabla bağlı fikirlərini söyləmiş və müəllifə təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda N.Tapdıqoğlu tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
Elnarə Həziyeva

