Bakıda şagird döyüldü - polis araşdırma aparır + VİDEO

Sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı video yayılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sabahinfo.az-a bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar və hazırda araşdırma aparılır. 

Qeyd edək ki, hadisənin Bakının 112 saylı orta məktəbində baş verdiyi bildirilir.