Azərbaycan idmançısından icra başçısına təşəkkürr

Xətai rayon sakinləri Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevdən razılıq edirlər. Bununla bağlı SABAHNİFO.AZ saytına müraciət edən sakinlər bildirirlər ki, R.Quliyev ona edilən müraciətləri dərhal araşdırır və həll edir. Xətai Rayon Rəşid Bağırov küçəsi 57 ünvanında yaşayan sakinlər adından R.Quliyevə minnətdarlıq edən "Rais” İdman Kulubun direktoru, baş məşqçisi və idman ustası, müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısı Mais Fərəcov bunları qeyd edib: "Yaşadığımız ərazidə tullantı məhsulları ilə dolu ərazi var idi. Üfunət və pis qoxu vətəndaşların normal yaşamasını çıxılmaz vəziyyətə gətirmişdi. Bununla əlaqədar biz rayon icra hakimiyyətinə müraciət etdik. Dərhal məsələyə münasibət bildirdilər və ərazi təmizləndi. Bizim müraciətimizə göstərdiyi diqqətə görə Rafiq Quliyevə öz dərin təşşəkkürümüzü bildiririk”