Benzema "Milan"ın hədəfində

İtaliyanın "Milan” klubu "Real”ın futbolçusu Kərim Benzemanı tranfer edə bilər.

Qol.az-ın "Tuttosport”a istinadən yaydığı xəbərə görə, "Milan"ın rəsmiləri Marko Fassone və Massimo Mirabelli yaxın günlərdə Benzemaya görə "kral klubu”nun rəhbərliyi ilə görüşəcəklər. Danışıqlar müsbət nəticələnsə, Benzema yayda "Milan”a keçəcək.

Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsüm La Liqada 23 matçda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.