İstanbulda partlayış: yaralılar 10-a çatdı - YENİLƏNİB

İstanbulda partlayış törədilib.

 

sabahinfo.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, partlayış İstanbulun Şirinevler rayonunda 75-ci İl Polis Mərkəzi yaxınlığında içərisində bomba olan avtomobildə həyata keçirilib. NTV telekanalının məlumatına görə hadisə zamanı 1-i ağır 5 nəfər yaralanıb.

 

 Partlayışın təsirindən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşələri sınıb. Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım heyətləri cəlb olunub.

 

 İHA partlayışdan sonra hadisə yerində atəş səslərinin eşidildiyi barədə xəbər yayıb.


****

İstanbulda baş vermiş partlayış nəticəsində yaralıların sayı 10 nəfər çatıb.

Bu barədə İstanbul valisi Vasip Şahin bildirib.

Vali yaralıların vəziyyətinin ağır olmadığını deyib.

Qeyd edək ki, İstanbulda polis idarəsinin yaxınlığında motosikletə quraşdırılmış partlayıcı qurğu işə düşüb. Yaralılar arasında polis yoxdur.