Miqrant düşərgəsində güclü yanğın olub

Yunanıstanın Lesbos adasında miqrant düşərgəsində güclü yanğın baş verib.sabahinfo.az saytı xəbər verir ki, APA-nın "AFP” agentliyinə istinadən verdiyi məlumata görə,  minlərlə insan təxliyə edilib.

 

"Hazırda 3-4 min miqrant adadakı düşərgəni tərk edib”,  deyə yerli polis nümayəndəsi bildirib.

 

Məlumata görə, güclü külək alovu daha da gücləndirir. Polis yanğının qəsdən törədilməsini istisna etmir.