BMT-nin baş katibi koronavirusa qarşı peyvənd olunub

BMT-nin baş katibi Antoniu Quterreş yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunub.

Bu barədə A.Quterreş özünün "Twitter" səhifəsində paylaşım edib.

Baş katib bildirib: "Bu gün COVID-19 peyvəndinin ilk dozasını aldığım üçün xoşbəxtəm və minnətdaram. Çalışmalıyıq ki, hər kəs, hər yerdə peyvəndi əldə edə bilsin. Bu pandemiya zamanı hər kəs təhlükəsizlikdə oluncaya qədər heç birimiz özümüzü təhlükəsizlikdə hiss edə bilmərik".