BQXK avtomobilləri ilə 15 xəstə Qarabağdan Ermənistana aparılıb

Bu gün Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı növbəti keçid baş tutub.

Sabahinfo.az xəbər verir ki, 15 xəstə onları müşayiət edən şəxslərlə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Ermənistan istiqamətinə keçid edib.

Ermənistana müalicə üçün göndərilmiş xəstələrdən 8-i müalicədən sonra yenidən Qarabağa qaytarılacaqlar.