Bu çıxış dünyəvi siyasətin istiqamətlərini müəyyənləşdirir

Siyasi proseslər, müəyyən mənada, iqtisadi proseslərlə tamamlanır. Siyasi münasibətləri dayanıqlı olmayan dövlətlər arasında iqtisadi əlaqələr də dayanıqlı ola bilməz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq tədbirlərdə hər çıxışı bu tezisin də xarakterini müəyyənləşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı bu amillər baxımından da beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Ölkə başçımız çıxışında qeyd edib ki, “Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev siyasi əməkdaşlığın iqtisadi əməkdaşlıqla davam etdirilməsini, möhkəmləndirilməsini dünyəvi proseslərin əmin-amanlıq, sülh, qarşılıqlı anlaşma vasitəsi olduğunu xatırladaraq dedi: “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.
Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olduğunu, Avropa bazarına ixracımızın təqribən 8 milyard kubmetrdən çox olacağını, ümumi həcmin 24 milyard kubmetr olduğunu, keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalandığını, bu xəttin gücü 4 qiqavat olduğunu bildirən ölkə başçımız Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı bu amillər baxımından da beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Ölkə başçımız çıxışında Azərbaycanla Ermənistan – qalib dövlətlə məğlub dövlət arasında siyasi münasibətlərə də toxunub: “Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib”.
Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı Azərbaycanın dünyəvi siyasətinin istiqamətlərinin göstəricisi kimi dinlənilib...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı