Deputat vahid istintaq qurumunun yaradılmasını təklif edir

“Azərbaycanda 8 istitinaq idarəsi fəaliyyət göstərir. Demək olar ki, hər nazirliyin özünün istintaq idarəsi var”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.

O qeyd edib ki, məhkəmə-hüquq sistemində islahatların aparılması üçün bir sıra tədbirlər görülməlidir və vahid istintaq qurumu yaradılmalıdır.