"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunub.
Sabahinfo.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
"Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə metro bəyan edib.
***
14:50
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
Bu barədə Sabahinfo.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
***
13:13
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bu barədə Sabahinfo.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib: "Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək".