"Diplomatlarımızın maddi təminatı üçün xüsusi addımlar atılıb" - Komitə sədri

"Bu gün qlobal dünyada baş verən hadisələrə ən yüksək səviyyədə cavab vermək üçün bizə imkanlar yaradır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən büdcə müzakirəsində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, həm Xarici İşlər Nazirliyi, həm də Maliyyə Nazirliyi diplomatlarımızı maddi təminatını bu ildən başlayaraq ən yüksək səviyyədə təmin etmək üçün xüsusi addımlar atıb.