Dövlətçilik fəlsəfəsinin dayağı

Azərbaycanın müasir dövlətçiliyinin təməllərini, milli həmrəyliyi möhkəmləndirən ideoloji xətti və strateji inkişaf modelini formalaşdıran Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu kimi tarixdə əvəzsiz rol oynayıb. O, Azərbaycanı parçalanma təhlükəsindən xilas etməklə yanaşı, ölkənin siyasi, iqtisadi və ideoloji dirçəlişinin əsasını yaratdı. Heydər Əliyev Azərbaycançılıq ideologiyasını dövlət səviyyəsinə qaldıraraq onu milli birliyin, milli özünüdərk və müasir dövlətçilik fəlsəfəsinin əsas dayağına çevirdi.

Ümummilli Liderin dövlət quruculuğundakı tarixi xidmətləri bu gün də Azərbaycanın inkişaf kursuna istiqamət verən əsas strateji xətt kimi qalmaqdadır. Heydər Əliyev gəncləri ölkənin gələcəyi və intellektual dayağı hesab edərək sistemli şəkildə formalaşan dövlət gənclər siyasətinin təməlini qoydu. Gənclər və idman nazirliyinin yaradılması, genişmiqyaslı proqramların icrası, gənclər forumlarının təşkil olunması və hüquqi bazanın yenilənməsi bu siyasətin institusional əsaslarını möhkəmləndirdi.

Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycan gəncliyi də bu böyük irsə sədaqətlə xidmət edir və dövlətin inkişafına öz töhfəsini verməkdə davam edir.

 

Hacı Zaur 

Sahibkar