"Dostluq" kinoteatrı niyə hasarlanıb?

Sosial mediada "Dostluq" kinoteatrının ətrafının hasara alınması ilə bağlı yeni görüntülər yayılıb.

Sabahinfo.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, kinoteatrının fasad hissəsinin vəziyyəti ilə bağlı tikilinin ətrafı təhlükəsizliyin təmin olunması məqsədilə hasarlanıb.

Dövlət Xidmətindən o da bildirilib ki, “Dostluq” kinoteatrının tarixi abidələr siyahısına salınması ilə bağlı məsələyə baxılır.