Əkrəm Bəydəmirli: “ XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi hədəfimizdir”

Vacib bir məqamı qeyd etmək istərdik ki, XX əsrdə, xüsusilə, totalitar sovet rejimi dövründə çox tanınmış və yaxud tanınmayanAzərbaycan ziyalılarının təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı geniş elmi araşdırmalar  çox zəifdir.

Təkzibolunmaz faktlar var ki, Azərbaycanın  bir çox tanınmış simalarının, intellektual mülkiyyət sahiblərinin  mənəvi sərvətləri məhz ermənilər tərəfdən təcavüzə məruz qalıb. Bu vaxta qədər bəzi alimlərimiz tərəfindən həmin şəxsiyyətlərin yaradıcılığı, həyata öyrənilib. Ancaq onların ermənilər tərəfdən təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı geniş elmi araşdırmalar  yetərli deyil. Biz QHT və media təmsilçisi olaraq bu missiyanıyerinə yetirmək istəyirik.

Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində 3 ay ( 01.07.2023-cü il   30.09.2023-cü il) müddətində bu tədqiqatları aparmağı planlaşdırırıq. Azərbaycanmöhtəşəm Zəfərini qazansa da, postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin  görəcəyi işlər yetərincədir.
İnformasiya müharibəsində düşmən tərəfinin fəallaşması, saxta xəbərlərin artması  onu deməyə əsas verir ki, Azərbaycanda  QHT  və media sektoru  öz intellektual potensialını ortaya qoyaraq bir addım öndə olmalıdır. Çünki saxta erməni təbliğatı və təxribatı dünyada Azərbaycanla bağlı təhrif olunmuş fikirlər formalaşdırır. Bu baxımdan hədəfimiz ondan ibarətdir ki, XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirək.  Biz QHT və media təmsilçisi olaraq bu missiyanı  yerinə yetirmək istəyirik.
Onu da qeyd etmək istərdik ki,  bu tədqiqatların nəticəsində toplanmış yazıların “XX əsr Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında erməni izləri” kitabını növbəti ildə çap etdirməyi planlaşdırırıq.