Elxan Qasımov bu gün dəfn olunacaq

Ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımovun dəfn yeri bəlli olub.

Sabahinfo.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, mərhum Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn ediləcək.

Vida mərasiminin isə bu gün saat 11:00-da “Azərbaycanfilm” kinostudiyasının həyətində olacağı bildirilir.