Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Pakistanda səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov həmkarı Şah Mahmud Hüseyn Qureyşi ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın təşviqi daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Qureyşi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi münasibətilə təbriklərini çatdırıb.

C.Bayramov Pakistan rəhbərliyinə və həmkarına son günlər Azərbaycana göstərdikləri hərtərəfli dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, nazirlər ticarət, kənd təsərrüfatı, təhsil, sənaye və texnologiya sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə səylər göstərməyə dair razılığa gəliblər.