Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” İdman Mərkəzinin qol güləşi bölməsinin idmançısı Müzəffərov Tərxan Sabxan oğlu fevralın 28-də Avstriyanin paytaxtı Vyana şəhərində qol güləşi üzrə dünyanın ən güclü turniri “EAST vs WEST”-də türk idmançı Efe Komek ilə təkbətək görüşəcək. Efe Komek dəfələrlə Avropa çempionu olub, 2025-ci ildə isə super ağır çəkidə çempionluğu qazanıb.
Qeyd edək ki, sözügedənm idman növü üzrə dünyanın ən güclü turnirində Azərbaycanı təmsil edən ilk idmançı məhz HULK ləqəbli Tərxan Müzəffərovdur. Terxan Müzəffərov 7 qat Avropa, 2 qat dünya çempionudur.
Elnarə Həziyeva